QR CodeQR Code

AB-dən Rusiyaya İTTİHAM: "Öz vaksinini satmaq üçün..."

29 Dec 2020 11:03

İslamTimes: "Rusiya öz peyvəndini satmaq üçün hazırlanmış digər peyvəndlər haqqında dezinformasiya yayır".


Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borel deyib.

O, xüsusilə internetdə dezinformasiya ilə mübarizə aparmağın vacibliyinə diqqət çəkib. Bildirib ki, bəziləri özlərinin getdikləri yolu yeganə çıxış yolu kimi təqdim edirlər və başqalarını gözdən salmağa çalışırlar.

"Məsələn, qərb peyvəndi istehsalçıları Rusiya dövləti tərəfindən idarə olunan KİV tərəfindən istehza edilir. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur. Görünür belə ritorika Rusiyanın öz peyvəndi "Sputnik V"ni satmaq istədiyi ölkələrə yönəlib. Epidemiyada bu cür əsassız şübhələri təşviq etmək cəhdləri xalqın sağlamlığını təhdid edir. İŞİD kimi terror təşkilatları da təbliğatlarını aparmaq üçün yeni tip koronavirus epidemiyası ilə bağlı yaranmış xaosdan istifadə edirlər", - Borel deyib.

Dezinformasiya metodunun yeni olmadığını, lakin indi internet sayəsində daha sürətli yayıla biləcəyini söyləyən AB nümayəndəsi vurğulayıb

"Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir. Azadlıq, plüralizm və güclərin bölünməsi kimi dəyərlərə söykənən demokratik sistemlərimizi sarsıtmağa çalışırlar".


Story Code: 906825

News Link :
https://www.islamtimes.org/az/news/906825/ab-dən-rusiyaya-ittiham-öz-vaksinini-satmaq-üçün

Islam Times
  https://www.islamtimes.org