0
Tuesday 29 December 2020 - 11:21

İsveçrə ŞOKDA: 400-dən çox britaniyalı karantindən qaçdı

Story Code : 906830
İsveçrə ŞOKDA: 400-dən çox britaniyalı karantindən qaçdı
Publika.az xəbər verir ki, bu barədə “Daily Telegraph” yazır.

Britaniya koronavirusun yeni, daha yolxucu növünün aşkarlandığını elan edəndən sonra İsveçrə səlahiyyətliləri 20 dekabrda Britaniyadan uçuşları qadağan ediblər.

14 dekabrdan bəri ölkəyə gələn britaniyalı turistlərdən tələsik on gün təcrid olunmaq tələb edilib.

24 dekabrda İsveçrə hökuməti britaniyalıların bir sıra şərtləri yerinə yetirdikləri təqdirdə karantində olduqlarına baxmayaraq, vətənlərinə qayıtmalarına icazə verildiyini açıqlayıb.

27 dekabr səhəri Verbierdəki hotel işçiləri xəbər veriblər ki, çox sayda britaniyalı turist səhər yeməyi belə yemədən hoteldən ayrılıb və əlaqəni kəsib.