QR CodeQR Code

İsveçrə ŞOKDA: 400-dən çox britaniyalı karantindən qaçdı

29 Dec 2020 11:21

İslamTimes: Böyük Britaniyadan İsveçrənin “Verbier” xizək kurortuna gələn və son qaydalara görə on gün karantində qalmalı olan 400-dən çox turist yoxa çıxıb.


Publika.az xəbər verir ki, bu barədə “Daily Telegraph” yazır.

Britaniya koronavirusun yeni, daha yolxucu növünün aşkarlandığını elan edəndən sonra İsveçrə səlahiyyətliləri 20 dekabrda Britaniyadan uçuşları qadağan ediblər.

14 dekabrdan bəri ölkəyə gələn britaniyalı turistlərdən tələsik on gün təcrid olunmaq tələb edilib.

24 dekabrda İsveçrə hökuməti britaniyalıların bir sıra şərtləri yerinə yetirdikləri təqdirdə karantində olduqlarına baxmayaraq, vətənlərinə qayıtmalarına icazə verildiyini açıqlayıb.

27 dekabr səhəri Verbierdəki hotel işçiləri xəbər veriblər ki, çox sayda britaniyalı turist səhər yeməyi belə yemədən hoteldən ayrılıb və əlaqəni kəsib.

 


Story Code: 906830

News Link :
https://www.islamtimes.org/az/news/906830/isveçrə-şokda-400-dən-çox-britaniyalı-karantindən-qaçdı

Islam Times
  https://www.islamtimes.org