QR CodeQR Code

Suriyada yerli sakinlər ABŞ hərbi maşınlarını daşa basdı

29 Dec 2020 12:40

İslamTimes: Suriyanın şimal-şərqindəki Əl-Hasəkə bölgəsində patrul xidmətini çəkən işğalçı ABŞ əsgərlərinin hərbi maşınları yerli sakinlər tərəfindən daşa basılıb.


Deyerler.org xəbər verir ki, Suriyanın dövlət televiziyası Alikhbariya-nın reportajında belə deyilir: “Sakinlər amerikalı işğalçıların patrul xidmətini ələ keçirərək, Qamışlının şərqindəki əl-Kahtaniya qəsəbəsi yaxınlığında nəqliyyat vasitələrinə daş atdılar”.

ABŞ-ın silahlı qüvvələri Suriya Demokratik Qüvvələri (DSQ) adlanan silahlı birləşmələrlə birlikdə, Suriyanın neftlə zəngin şimal və şimal-şərqinə qanunsuz olaraq nəzarət edir.

Dəməşq dəfələrlə ABŞ-ın bölgədəki hərbi mövcudluğunun məqsədini “oğurluq” və “dövlət quldurluğu” kimi xarakterizə edib. /Deyerler/


Story Code: 906844

News Link :
https://www.islamtimes.org/az/news/906844/suriyada-yerli-sakinlər-abş-hərbi-maşınlarını-daşa-basdı

Islam Times
  https://www.islamtimes.org