0
Tuesday 29 December 2020 - 12:40

Suriyada yerli sakinlər ABŞ hərbi maşınlarını daşa basdı

Story Code : 906844
Suriyada yerli sakinlər ABŞ hərbi maşınlarını daşa basdı
Deyerler.org xəbər verir ki, Suriyanın dövlət televiziyası Alikhbariya-nın reportajında belə deyilir: “Sakinlər amerikalı işğalçıların patrul xidmətini ələ keçirərək, Qamışlının şərqindəki əl-Kahtaniya qəsəbəsi yaxınlığında nəqliyyat vasitələrinə daş atdılar”.

ABŞ-ın silahlı qüvvələri Suriya Demokratik Qüvvələri (DSQ) adlanan silahlı birləşmələrlə birlikdə, Suriyanın neftlə zəngin şimal və şimal-şərqinə qanunsuz olaraq nəzarət edir.

Dəməşq dəfələrlə ABŞ-ın bölgədəki hərbi mövcudluğunun məqsədini “oğurluq” və “dövlət quldurluğu” kimi xarakterizə edib. /Deyerler/