QR CodeQR Code

"Səudiyyə Ərəbistanın sionist rejimlə əlaqəsi bu ölkənin özünə zərbə vuracaq!"

إسلام تايمز , 29 Dec 2020 19:56

İslamTimes: İranın Parlament sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian Ərəbistanın sionist rejimlə yaxınlaşmasından danışıb.


Əl-Məyadinə müsahibəsi zamanı Hüseyn Əmir Abdullahian deyib: "Yəmənə qarşı müharibə Amerikan-Sionist kampaniyasıdır. Səudiyyə hökuməti isə onların əlində oyuncağa çevrilib."

Əmir Abdullahian əlavə edib: "Bəzi ölkələrin sionist rejimlə əlaqələr qurmağa can atmasına görə təəssüflənirik. Bu müqavilələr müsəlman ölkələrinin düşmən cərgəsinə qatılmasına səbəb olur."

General Qasim Süleymaninin şəhid olmasının ildönümü ilə bağlı danışan sözçü deyib: "Şəhid Süleymani müqavimət qüvvələrinə təlim keçərək, onların məharətlərini artırdı. Bu proses bundan sonra da davam edəcək. Şəhid Süleymani, hərbi xüsusiyyətlərindən əlavə mahir bir diplomat kimi idi. Şəhid Süleymani heç vaxt yorulmayan, gördüyü işlərdə cəsarəti ilə seçilən bir şəxs idi."


Story Code: 906902

News Link :
https://www.islamtimes.org/az/news/906902/səudiyyə-ərəbistanın-sionist-rejimlə-əlaqəsi-bu-ölkənin-özünə-zərbə-vuracaq

Islam Times
  https://www.islamtimes.org