0
Tuesday 29 December 2020 - 19:56

"Səudiyyə Ərəbistanın sionist rejimlə əlaqəsi bu ölkənin özünə zərbə vuracaq!"

Story Code : 906902
"Səudiyyə Ərəbistanın sionist rejimlə əlaqəsi bu ölkənin özünə zərbə vuracaq!"
Əl-Məyadinə müsahibəsi zamanı Hüseyn Əmir Abdullahian deyib: "Yəmənə qarşı müharibə Amerikan-Sionist kampaniyasıdır. Səudiyyə hökuməti isə onların əlində oyuncağa çevrilib."

Əmir Abdullahian əlavə edib: "Bəzi ölkələrin sionist rejimlə əlaqələr qurmağa can atmasına görə təəssüflənirik. Bu müqavilələr müsəlman ölkələrinin düşmən cərgəsinə qatılmasına səbəb olur."

General Qasim Süleymaninin şəhid olmasının ildönümü ilə bağlı danışan sözçü deyib: "Şəhid Süleymani müqavimət qüvvələrinə təlim keçərək, onların məharətlərini artırdı. Bu proses bundan sonra da davam edəcək. Şəhid Süleymani, hərbi xüsusiyyətlərindən əlavə mahir bir diplomat kimi idi. Şəhid Süleymani heç vaxt yorulmayan, gördüyü işlərdə cəsarəti ilə seçilən bir şəxs idi."