QR CodeQR Code

Rusiya hərbçiləri Suriyada yaralanıb

30 Dec 2020 01:01

İslamTimes: Rusiyanın hərbi polisinin 3 əməkdaşı Suriyada, İdlib deeskalasiya zonasında atəş nəticəsində yüngül xəsarətlər alıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.

Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur.


Story Code: 906955

News Link :
https://www.islamtimes.org/az/news/906955/rusiya-hərbçiləri-suriyada-yaralanıb

Islam Times
  https://www.islamtimes.org