0
Wednesday 30 December 2020 - 01:01

Rusiya hərbçiləri Suriyada yaralanıb

Story Code : 906955
Rusiya hərbçiləri Suriyada yaralanıb
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.

Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur.