0
Wednesday 30 December 2020 - 09:46

ABŞ-da ilk dəfə koronavirusun "Britaniya" variantı aşkar edilib

Story Code : 906996
ABŞ-da ilk dəfə koronavirusun "Britaniya" variantı aşkar edilib
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis açıqlamasında bildirib.

Qubernator deyib ki, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir: “O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib”.

J.Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 19,4 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 336,9 mindən çox xəstə ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.