0
Thursday 31 December 2020 - 01:43

Netanyahu casusu qarşıladı: Yeri öpdü... - Foto

Story Code : 907136
Netanyahu casusu qarşıladı: Yeri öpdü... - Foto
Axar.az xəbər verir ki, 1980-ci illərdə sionist rejim üçün casusluq edən ABŞ-ın kəşfiyyat zabiti Conatan Pollard 2015-ci ildə şərti azadlığa buraxılmışdı.

Pollard və xanımını hava limanında qarşılayan Netanyahu cütlüyə işğalçı İsrail rejimi pasportu təqdim edib.

Təyyarədən düşdükdən sonra maskasını çıxarıb yeri öpən Pollard Netanyahuya köməyindən dolayı təşəkkür edib və xanımı ilə İsraildə yeni həyat qurmaq istədiklərini söyləyib.

Qeyd edək ki, ABŞ donanmasının kəşfiyyat birliyində xidmət edən Pollard 1985-ci ildə İsrail kəşfiyyat xidmətinə bir çox məxfi sənədi sızdırmaqda günahlandırılaraq həbs olunmuşdu.