0
Thursday 31 December 2020 - 09:02

Livanın paytaxtında terror hücumları hazırlayan ekstremist saxlanılıb

Story Code : 907178
Livanın paytaxtında terror hücumları hazırlayan ekstremist saxlanılıb
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik xidmətindən verilən açıqlamada bildirilib ki, saxlanılan şəxs İŞİD terror qruplaşması ilə əlaqəsi olan 20 yaşlı bir suriyalıdır.

“Dindirilmə zamanı o, etiraf edib ki, partlayıcı kəmərlər, kustar bombalar və terror hücumları zamanı istifadə ediləcək silahlar hazırlamaqla bağlı Suriyadakı İŞİD liderlərindən tapşırıq alıb”, - sənəddə belə deyilir.