QR CodeQR Code

İsrail rejimi 2020-ci ildə 500 uşaq və 118 qadın olmaqla 4700 fələstinli həbs edib

31 Dec 2020 12:14

İslamTimes: Fələstinin bir insan haqları mərkəzi 2020-ci ildə 4700 nəfərin İsrail rejimi tərəfindən həbs olunduğunu elan edib.


Sionist rejimin 2020-ci ildə 550 uşaq və 118 qadın olmaqla 4700 fələstinlini həbs etdiyi bilidirilir.

Al-Quds Press-in verdiyi məlumata görə, 2020-ci ildə məhkumlar sionist rejimin səhlənkarlığı səbəbindən ən pis sağlamlıq vəziyyətində olublar, həbsxanalarda koronavirusun yayılması asanlaşdırılıb və 140 fələstinli məhbus virusa yoluxub. Bundan əlavə, bir çox məhkum xərçəng və infarkt kimi xəstəliklərdən əziyyət çəkib.

Qəzzadakı Fələstinli Əsir Mərkəzinin tədqiqatçısı Riyad Əl-Əşqar sionist rejimin bütün təhlükəsizlik, hərbi, siyasi və media təşkilatlarının 2020-ci ildə məhkumlara qarşı irqçi və sərt hərəkətlərinə davam etdiklərini, müalicə daxil olmaqla fundamental hüquqlardan məhrum etdiklərini söyləyib. Onlara ailələri ilə görüşmək qadağan edildi və məhkumlar döyülməyə və ağır şəraitdə saxlanmağa davam edildi.

O, həmçinin əlavə edib ki, tutulanların sayına görə Qüds 2020-ci ildə 2000 məhbusla birinci yerdədir və bu tutulanların sayının 42%-ni təşkil edir. Əl-Xəlil 700 məhbusla ikinci yerdədir.

Məlumata görə, saxlanılanlar arasında Fələstin parlamentinin doqquz deputatı və 145 xəstə və əlil var.
 


Story Code: 907201

News Link :
https://www.islamtimes.org/az/news/907201/israil-rejimi-2020-ci-ildə-500-uşaq-və-118-qadın-olmaqla-4700-fələstinli-həbs-edib

Islam Times
  https://www.islamtimes.org