QR CodeQR Code

İraq səfiri: İranla birlikdə müqavimət komandirlərinin ABŞ tərəfindən terroru ilə bağlı şikayət hazırlayırıq

إسلام تايمز , 31 Dec 2020 23:04

İslamTimes: İraqın Tehrandakı səfiri Nəsir Abdul Möhsin Abdullah deyib: "İran və İraq müqavimət komandirlərinin terror edilməsi hadisəsinə görə ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.


İraqın "Fərat" kanalı iraqlı diplomata istinadən yazıb: "İraq və İran ABŞ-ın Əbu Mehdi əl-Mühəndis və Qasim Süleymanini terror etməsi cinayəti ilə bağlı araşdırma aparılması üçün məhkəməyə üz tutacaq."

İraqın Tehrandakı səfiri əlavə edib: "Bu il İmam Hüseyn (ə.s) zəvvarlarının əksəri bu iki şəhidin şəkillərini əllərində tutaraq yürüşdə iştirak edib. Bu  şəhidlərin aramızdan getməsi yalnız bizim üçün deyil, bütün İslam ümməti üçün böyük bir itkidir."

Qeyd edək ki, Əbu Mehdi əl-Mühəndis və Qasim Süleymani ötən il 3 yanvarda ABŞ terrorçu ordusu tərəfindən alçaqcasına bir hücumla terror edilib.


Story Code: 907292

News Link :
https://www.islamtimes.org/az/news/907292/iraq-səfiri-iranla-birlikdə-müqavimət-komandirlərinin-abş-tərəfindən-terroru-ilə-bağlı-şikayət-hazırlayırıq

Islam Times
  https://www.islamtimes.org