QR CodeQR Code

Yəmən: 2021-ci il üçün planlarımız düşmənə sürpriz olacaq!

إسلام تايمز , 1 Jan 2021 00:19

İslamTimes: Yəmən ordusunun kəşfiyyat xidmətinin başçısı Yəmən ordusunun 2021-ci il üçün planlarının düşmən üçün "sürpriz" olacağını bildirib.


Yəmən hərbi kəşfiyyat heyətinin başçısı general Abdullah Yəhya əl-Hakim bildirib: "2020-ci ildə Səudiyyə koalisiyası təcavüzkarlarına qarşı mübarizədə böyük nailiyyətlər əldə etdik. Yəmən ordusunun 2021-ci il üçün düşmənə qarşı daha geniş planları var. Bu planlarımız təcavüzkarlar üçün "sürpriz" olacaq."

Abdullah əl-Hakim əlavə edib: "Son bir il ərzində bütün cəbhələrdə müsbət nəticələr əldə edilib və düşməni izləyərək onların əməliyyat otaqlarına nüfuz edə bildik. 2020-ci ildə şimal, şərq və qərb bölgələrində böyük nailiyyətlər əldə etdik."

Yəmən Milli Qurtuluş Hökumətinin kəşfiyyat heyətinin rəhbəri dünən sionist rejimə də xəbərdarlıq edərək deyib: "İsrail xəbərdarlıqlarımızı ciddi qəbul etməli və xoşagəlməz nəticələrə səbəb olacaq, onlar üçün xoş sonluqla bitməyəcək sərgüzəştlər ardınca olmamalıdır!"


Story Code: 907296

News Link :
https://www.islamtimes.org/az/news/907296/yəmən-2021-ci-il-üçün-planlarımız-düşmənə-sürpriz-olacaq

Islam Times
  https://www.islamtimes.org