0
Friday 1 January 2021 - 00:19

Yəmən: 2021-ci il üçün planlarımız düşmənə sürpriz olacaq!

Story Code : 907296
Yəmən: 2021-ci il üçün planlarımız düşmənə sürpriz olacaq!
Yəmən hərbi kəşfiyyat heyətinin başçısı general Abdullah Yəhya əl-Hakim bildirib: "2020-ci ildə Səudiyyə koalisiyası təcavüzkarlarına qarşı mübarizədə böyük nailiyyətlər əldə etdik. Yəmən ordusunun 2021-ci il üçün düşmənə qarşı daha geniş planları var. Bu planlarımız təcavüzkarlar üçün "sürpriz" olacaq."

Abdullah əl-Hakim əlavə edib: "Son bir il ərzində bütün cəbhələrdə müsbət nəticələr əldə edilib və düşməni izləyərək onların əməliyyat otaqlarına nüfuz edə bildik. 2020-ci ildə şimal, şərq və qərb bölgələrində böyük nailiyyətlər əldə etdik."

Yəmən Milli Qurtuluş Hökumətinin kəşfiyyat heyətinin rəhbəri dünən sionist rejimə də xəbərdarlıq edərək deyib: "İsrail xəbərdarlıqlarımızı ciddi qəbul etməli və xoşagəlməz nəticələrə səbəb olacaq, onlar üçün xoş sonluqla bitməyəcək sərgüzəştlər ardınca olmamalıdır!"