0
Saturday 2 January 2021 - 00:12

ABŞ-da koronavirusa yoluxma sayı 20 milyonu keçib

Story Code : 907452
ABŞ-da koronavirusa yoluxma sayı 20 milyonu keçib



APA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının sayı 20 007 149-a çatıb.

ABŞ-da COVID-19 qurbanlarının sayı isə 346 408 nəfərdir.