0
Saturday 2 January 2021 - 01:41

Almaniyada məscidə ikinci dəfə hücum olundu

Story Code : 907454
Almaniyada məscidə ikinci dəfə hücum olundu
2021-ci ilin ilk günü Almaniyada məscidə hücum olunub.

AzNews.az xəbər verir ki, ölkənin Baden-Württemberg əyalətindəki Sontheim qəsəbəsində Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı Fatih Məscidinə ziyan vurulub.

Naməlum şəxslər məscidin qarşısındakı taxta dəzgahla pəncərələri sındırıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi.