0
Saturday 2 January 2021 - 13:00

"Baydenin imzası yox, bu imzanın sanksiyalara təsiri meyardır!"

Story Code : 907531
"Baydenin imzası yox, bu imzanın sanksiyalara təsiri meyardır!"
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu günədək İran XİN başçısı Cavad Zəriflə yeni seçilmiş ABŞ prezidenti Co Bayden arasında hər hansı bir müzakirə aparılmadığını bildirib.

Səid Xətibzadə jurnalistin Baydenin İrana qarşı sanksiyaları aradan qaldırmaq planı ilə bağlı sualına cavab olaraq deyib: "ABŞ kağız üzərində deyil, əməldə güvənimizi qazanmalıdır. Rəsmi Vaşinqton öz öhdəliklərini yerinə yetirdiyini praktik olaraq göstərməlidir. Biz dəfələrlə öhdəçiliklərimizə əməl etdiyimizi isbat etmişik. Bir ölkə olaraq ciddi, çətin  danışıqlar aparıb, etibarlı imza atdığımızı və bu imzamıza tam dəqiqliklə əməl etdiyimizi hər kəs yaxşı bilir. Əgər ABŞ tərəfi öhdəçiliklərini yerinə yetirsə, biz də imzaladığımız sənədə sadiq olduğumuzu dünyaya bir daha nümayiş etdirəcəyik. Amma şübhəsiz ki, Amerika HBFP sazişindəki öhdəçiliklərinə tam əməl etməyincə bu baş verməyəcək!"