QR CodeQR Code

ABŞ-ın qorxduğu baş verir: Çin Rusiya ilə geniş strateji əlaqələri genişləndirir!

إسلام تايمز , 2 Jan 2021 14:14

İslamTimes: Çin Xarici İşlər Naziri Rusiya ilə strateji əməkdaşlıq perspektivini məhdudiyyətsiz adlandırıb


Sputnik-in məlumatına görə, Vang Yi deyib: "Pekinin Moskva ilə ikitərəfli strateji əməkdaşlığa nail olmaq üçün qarşısında heç bir məhdudiyyət yoxdur. Yeni ildə hərtərəfli qonşuluq münasibətlərini davam etdirməkdə qərarlıyıq!"

Çin Xarici İşlər Naziri əlavə edib: “2021-ci il Çin-Rusiya münasibətləri üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər iki ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. Çin ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafına dair heç bir məhdudiyyət və sərhəd mövcud deyil. Çin və Rusiya prezidentləri son bir ildə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün 5 dəfə telefon vasitəsi ilə əlaqə saxlayıblar, bir neçə dəfə yazışma olub. İki ölkə bir-biri üçün strateji lövbər hesab olunur."

Çin Xarici İşlər Naziri bildirib ki, 2020-ci ildə koronavirusun yaratdığı çətinliklərə baxmayaraq Çin-Rusiya münasibətləri bütün baxımlardan ən zirvə mərhələyə çatıb.


Story Code: 907558

News Link :
https://www.islamtimes.org/az/news/907558/abş-ın-qorxduğu-baş-verir-çin-rusiya-ilə-geniş-strateji-əlaqələri-genişləndirir

Islam Times
  https://www.islamtimes.org