QR CodeQR Code

İrandan ABŞ-a ciddi xəbərdarlıq

إسلام تايمز , 2 Jan 2021 15:03

İslamTimes: Ayətullah Xameneinin müşaviri: ABŞ-ın təyyarədaşıyan gəmilərini bir neçə saata sualtı qayıqlara çevirərik!


Ali Liderin müşaviri Amerikanın İraqdakı son fəaliyyətlərinə toxunaraq, İran Hərbi Qüvvələrinin yüksək hazırlıq səviyyəsində olduğunu xatırladıb və deyib:
"Biz heç zaman müharibəni başladan tərəf olmamışıq və olmayacağıq. Amma kimsə İrana hücum etmək fikrinə düşsə, tam hazırlıqla, qətiyyətlə cavabını verəcəyik!"

Ali Liderin müşaviri və köməkçisi general-mayor Seyid Yəhya Rəhim Səfəvi əlavə edib:
"Bizim ABŞ-ın “Eynül-Əsəd” bazasına raket hücumu ilə bağlı əmr verən güclü, iqtidarlı liderimiz var! Mən elə düşünürəm ki, ABŞ müdafiə mövqeyindədir. Əlbəttə ki, düşməni zəif saymamalıyıq. Onların bizim intiqam alacağımızdan çəkindikləri üçün bir sıra addımlar atdığını düşünürəm. ABŞ terror edilən alimimiz Möhsün Fəxrizadənin, general Qasim Süleymaninin və Əbu Mehdinin intiqamını ala biləcəyimizə görə narahatdır. Amerikalılar qüvvələrinin bölgədə çox həssas (gücsüz) olduğunu bilir. İran Amerikanın təyyarədaşıyan gəmilərini bir neçə saat ərzində sualtı qayıqlara çevirə bilər. ABŞ ordusu rəsmiləri zəif tərəflərini siyasətçilərdən daha yaxşı bilir. Ümid edirik ki, Tramp administrasiyası gedənə qədər heç bir ağılsız addım atılmayacaq!”

 


Story Code: 907562

News Link :
https://www.islamtimes.org/az/news/907562/irandan-abş-a-ciddi-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org