0
Sunday 3 January 2021 - 10:01

Bağdadda minlərlə insan Qasim Süleymaninin terrora məruz qaldığı əraziyə toplaşıb (FOTO)

Story Code : 907740
Bağdadda minlərlə insan Qasim Süleymaninin terrora məruz qaldığı əraziyə toplaşıb (FOTO)
SalamNews xəbər verir ki, bu gün yanvarın üçü İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı general Qasim Süleymaninin, İraqın Xalq Səfərbər Qüvvələrinin (Haşd-Şabi) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin və digər 7 iraqlı və iranlı hərbçinin ABŞ Ordusu tərəfindən terrora məruz qalmasının birinci ildönümüdür. Bu münasibətlə ötən gecə on minə yaxın insan Bağdadın hava limanı yolunda, yəni şəhidlərin terrora məruz qaldığı əraziyə toplaşaraq, onları anıblar.

Bu toplantıda İranın və İraqın rəsmiləri də iştirak edib.

Toplantıda çıxış edən hərbi və siyasi rəsmilər, yerli partiya və parlament rəsmiləri şəhidlərin intiqamının hökmən baş tutacağını bildiriblər.

Burada şəhidlərin ruhuna dualar edilib və onların xatirəsinə şamlar yandırılıb.

Bu gün sözügedən məşum terror aktı ilə bağlı Bağdadda böyük mitinqin keçiriləcəyi planlaşdırılır.