0
Sunday 3 January 2021 - 22:34

Nəsrullah: İran istədiyi an intiqam əməliyyatını gerçəkləşdirəcək!

Story Code : 907854
Nəsrullah: İran istədiyi an intiqam əməliyyatını gerçəkləşdirəcək!
Livanın Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah deyib: "Şəhid Süleymaninin terror edilməsinin ildönümündə Fars Körfəzi bölgəsində və Sionist rejimdə bir gərginlik və narahatlıq yaşanır. Qardaşlarımız güman edir ki, Tramp 20 yanvar tarixində Ağ Evi tərk etməzdən öncə bir "iş" görmək niyyətindədir."

Həsən Nəsrullah əlavə edib: "Şəhid Qasim Süleymani və Şəhid Mehdi Əl-Mühəndis hər zaman düşüncələrdə yaşayacaq. İran dostlarından Hacı Qasimin şəhadətinə cavab vermələrini istəməyib. Bu terrorun cavabını İran özü istədiyi zamanda verəcək.
Şəhid Fəxrizadənin terroru da bir təhlükəsizlik əməliyyatı idi. İran hərbi əməliyyatla cavab vermək istəsə, ABŞ-ın "Eynül Əsəd" bazasını bombaladığı kimi birbaşa cavab verəcək!"