0
Sunday 3 January 2021 - 23:13

Səudiyyə rejiminin Yəməndəki hərbi qərargahında güclü partlayış baş verib

Story Code : 907858
Səudiyyə rejiminin Yəməndəki hərbi qərargahında güclü partlayış baş verib
Əl-Cəzirə televiziyası yayımladığı təcili xəbərdə bildirib ki, Səudiyyə Ərəbistanı Hərbi Birləşmələrinin Yəmənin cənubundakı Əbyən əyalətinin Şəqrəh şəhərindəki qərargahında güclü partlayış baş verib.

"RusiyaToday" da bu barədə xəbər verərək yazıb ki, Yəmənin cənubundakı Əbyən əyalətindəki bəzi mənbələr bazar günü Şəqrəh şəhərində bir bomba partladığını bildiriblər.

Yerli mənbələr bildirir ki, Mənsur Hadi qüvvələri ilə Keçid Şurası arasındakı atəşkəsə nəzarət bəhanəsi ilə Yəməndə yerləşmiş Səudiyyə hərbi qərargahını hədəf alan zərbə o qədər güclü olub ki, şəhərin ətrafındakı məntəqələr belə silkələnib.

Hələ ki, partlayışın səbəbi və itkilər barədə məlumat verilmir.