QR CodeQR Code

Yəməndəki Səudiyyə bazalarında sionist rütbəlilər var!

إسلام تايمز , 3 Jan 2021 23:50

İslamTimes: Yəmən Milli Qurtuluş Hökumətinin Müdafiə naziri: "Səudiyyə koalisiyasının Yəməndəki bir çox bazasında sionist əsgər və zabitləri yerləşdirilib!


Yəmən Milli Qurtuluş Hökumətinin Müdafiə Naziri Məhəmməd Nasir əl-Atifi deyib: "Təcavüzkar, hiyləgər və xain koalisiya ölkələri on illərdir öz vətənlərini satıblar! Onlar bu gün Yəmən torpaqlarını sionist rejim və xarici ölkələrə satmağa çalışırlar..."

Nazir təcavüzkar koalisiya ölkələri sıralarında döyüşənlərə müraciət edərək deyib: "Bir çox baza var ki, əgər sizə bu bazalara baxış keçirməyə icazə verilsə, orada komandanlıq mərkəzlərində dinləmə və casusluq şəbəkələrini idarə edən sionist rütbəliləri müşahidə edə bilərsiniz. Təəssüf ki, bu bazalarda sionistlərə patrul maşınları, gözətçilik və digər xidmətləri göstərən elə Yəməni işğal edən koalisiya qüvvələridir!"


Story Code: 907863

News Link :
https://www.islamtimes.org/az/news/907863/yəməndəki-səudiyyə-bazalarında-sionist-rütbəlilər-var

Islam Times
  https://www.islamtimes.org