QR CodeQR Code

Koronavirusun "Britaniya" variantının uşaqlar üçün daha təhlükəli olduğu açıqlanıb

4 Jan 2021 00:00

İslamTimes: Böyük Britaniyada koronavirusun müəyyən edilmiş yeni ştammı uşaqlar üçün çox təhlükəlidir.


APA-nın “Russian Today”ə istinadən verdiyi məlumata görə, bunu Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib.

O, Britaniyada aşkar olunmuş koronavirusun yeni mutasiyasının 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucu olduğunu qeyd edib.

“Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər”, - Qurdasani belə deyib.

Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə gətirib çıxarır.

Qeyd edək ki, son sutka ərzində Britaniyada 54 990 nəfərin COVID-19 testi müsbət nəticə verib, 454 nəfər isə bu virusdan ölüb. Ümumilikdə ölkə ərazisində 2 654 779 nəfərdə koronavirus aşkar olunub, virusa yoluxmuş 75 024 nəfər isə həyatını itirib


Story Code: 907865

News Link :
https://www.islamtimes.org/az/news/907865/koronavirusun-britaniya-variantının-uşaqlar-üçün-daha-təhlükəli-olduğu-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org