0
Monday 4 January 2021 - 09:38

Çindən ŞOK AÇIQLAMA: Koronavirus bu ocaqlar tərəfindən yaradılıb

Story Code : 907905
Çindən ŞOK AÇIQLAMA: Koronavirus bu ocaqlar tərəfindən yaradılıb
Publika.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ öz müsahibəsində deyib.

"Biz zamanla yarışa girmişdik və dünyaya yoluxma halları barədə məlumat verən birinci ölkə olduq. Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb", - o bildirib.

Van İ qeyd edib ki, Çin COVID-19-la mübarizədə beynəlxlaq əməkdaşlığın kökündə olub və qlobal sinerjinin formalaşmasına təsir göstərib. "Faktların obyektiv təqdim olunması və pandemiya ilə mübarizədə kollektiv yaddaşın yalana məruz qalmaması üçün biz qətiyyət göstərmişik", - çinli nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Hazırda 85 milyon 247 min 909 nəfər bu virusa yoluxub, 1 milyon 847 min 819 nəfər isə koronavirusdan ölüb.