QR CodeQR Code

Suriyada hökumətin nəzarətindəki bölgədə turist maşınına hücum edilib, azı 9 ölü var

4 Jan 2021 09:02

İslamTimes: Son həftədə Suriyada ikinci dəfə olaraq hökumətin nəzarətində olan və cəbhələrdən uzaqda yerləşən bölgələrdə silahlılar tərəfindən hücumlar həyata keçirilir.


SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Həma əyalətinin qubernatoru Məhəmməd Tariq açıqlama verib.

Bildirilib ki, əyalət ərazisindən keçən magistral yolların birində naməlum silahlılar yanacaq maşınlarına və turistləri daşıyan maşınlara hücum ediblər.

Bu hücum nəticəsində 9 mülki şəxs həyatını itirib və daha 4 nəfər yaralanıb.

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.

Ötən həftə Dirazzur yolunda həyata keçirilən hücumda 27 nəfər həlak olmuşdu.

Bu hücumu İŞİD terror təşkilatı üzərinə götürmüşdü.


Story Code: 907906

News Link :
https://www.islamtimes.org/az/news/907906/suriyada-hökumətin-nəzarətindəki-bölgədə-turist-maşınına-hücum-edilib-azı-9-ölü-var

Islam Times
  https://www.islamtimes.org