0
Monday 4 January 2021 - 09:02

Suriyada hökumətin nəzarətindəki bölgədə turist maşınına hücum edilib, azı 9 ölü var

Story Code : 907906
Suriyada hökumətin nəzarətindəki bölgədə turist maşınına hücum edilib, azı 9 ölü var
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Həma əyalətinin qubernatoru Məhəmməd Tariq açıqlama verib.

Bildirilib ki, əyalət ərazisindən keçən magistral yolların birində naməlum silahlılar yanacaq maşınlarına və turistləri daşıyan maşınlara hücum ediblər.

Bu hücum nəticəsində 9 mülki şəxs həyatını itirib və daha 4 nəfər yaralanıb.

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.

Ötən həftə Dirazzur yolunda həyata keçirilən hücumda 27 nəfər həlak olmuşdu.

Bu hücumu İŞİD terror təşkilatı üzərinə götürmüşdü.