0
Wednesday 10 August 2011 - 13:57

İran Londonu nümayişçilərlə insani davranışa çağırdı

Story Code : 90802
İran Londonu nümayişçilərlə insani davranışa çağırdı
İran Londonu nümayişçilərlə insani davranışa çağırdı
Artıq dünyanın gündəmində London və Britaniyanın başqa şəhərlərini ağuşuna almış anti-dövlət nümayişləri əsas yer alıb.

Nümayişlərdə ölən və yaralananlar var. Sosial duruma etiraz edən, eyni zamanda nümayişçilərə qarşı vəhşilikdən qəzəblənən nümayişçilər şəhərlərə od vurub yandırır. Amma bütün bunların arxasında dövlət və hüquq mühafizə orqanlarının nümayişçilərə qarşı amansızlığı dayanır.

İran Xarici İşlər Nazirliyi Britaniyada baş verən hadisələrə münasibət açıqlayıb. İran rəsmiləri Britaniya hökumətini nümayişçilərlə insani davranışa dəvət edir. İRNA xəbər verir ki, İran parlamentinin üzvü Hüseyn İbrahimi öz bəyanatında Londonu nümayişçilərlə danışıqlara və xalqa qarşı baş vermiş vəhşiliklərin araşdırılmasına dəvət edib. İran televiziyası Londonda baş verənləri vətəndaş müharibəsi adlandırıb.
Comment