QR CodeQR Code

Sionistlər gecə yarı Qərb Sahilində xəstəxanaya basqın etdi

4 Jan 2021 15:11

İslamTimes: Sionistlər gecə yarı İordan çayının qərb sahilindəki Tulkərəm şəhərində xəstəxanaya hücum ediblər.


İşğalçı İsrailin təhlükəsizlik qüvvələri bu gün gecə yarısı Tulkərəm şəhərindəki Şəhid Sabit Xəstəxanasına hücum edərək xəstəxananın gözləmə salonuna səs bombası atıblar.

MAA xəbər saytının verdiyi məlumata görə, sionistlər gecə saat 3:30-da xəstəxanaya hücum ediblər. Bu vəhşilik tibb işçiləri və xəstələrin dəhşət, qorxu keçirməsinə səbəb olub. Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionistlərin hücumu zamanı xəstəxanada 81 xəstə olub.

Bu şəhərdə ötən gün də sionistlərlə fələstinli gənclər arasında toqquşmalar yaşanıb. Sionistlər bir sıra evlərə və ticarət anbarlarında basqın edərək axtarış aparıblar.


Story Code: 908023

News Link :
https://www.islamtimes.org/az/news/908023/sionistlər-gecə-yarı-qərb-sahilində-xəstəxanaya-basqın-etdi

Islam Times
  https://www.islamtimes.org