0
Monday 4 January 2021 - 15:11

Sionistlər gecə yarı Qərb Sahilində xəstəxanaya basqın etdi

Story Code : 908023
Sionistlər gecə yarı Qərb Sahilində xəstəxanaya basqın etdi
İşğalçı İsrailin təhlükəsizlik qüvvələri bu gün gecə yarısı Tulkərəm şəhərindəki Şəhid Sabit Xəstəxanasına hücum edərək xəstəxananın gözləmə salonuna səs bombası atıblar.

MAA xəbər saytının verdiyi məlumata görə, sionistlər gecə saat 3:30-da xəstəxanaya hücum ediblər. Bu vəhşilik tibb işçiləri və xəstələrin dəhşət, qorxu keçirməsinə səbəb olub. Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionistlərin hücumu zamanı xəstəxanada 81 xəstə olub.

Bu şəhərdə ötən gün də sionistlərlə fələstinli gənclər arasında toqquşmalar yaşanıb. Sionistlər bir sıra evlərə və ticarət anbarlarında basqın edərək axtarış aparıblar.