QR CodeQR Code

Tramp özü də ABŞ-da seçkilərə etiraz aksiyasında iştirak edəcək

إسلام تايمز , 4 Jan 2021 15:37

İslamTimes: Donald Tamp 6 yanvarda prezident seçkilərinin nəticələrinə etiraz olaraq Ağ Evin qarşısında keçiriləcək nümayişdə iştirak edəcəyini açıqlayıb.


6 yanvarda Donald Tramp tərəfdarları prezident seçkilərinin nəticəsinin təsdiqlənməsinə etiraz olaraq aksiya keçirəcək. Bu aksiya ABŞ Konqresinin seçkilərin nəticəsini təsdiqləmək üçün toplanacağı iclasla eyni vaxtda baş tutacaq. Etirazın Ağ Evin yaxınlığındakı Ellips Parkında keçirilməsi planlaşdırılır.

Etiraz aksiyasına ABŞ-ın vitse-prezidenti Mayk Pensin rəhbərlik edəcəyi bildirilir. Pensin iştirakı simvolik xarakter daşıyacaq və seçici səslərinin təsdiqlənməsinə və ya rədd edilməsinə təsir göstərməyəcək.

2020-ci ildə baş tutan prezident seçkilərinin ABŞ Konqresi tərəfindən son təsdiqlənmə mərasiminə cəmi iki gün qalsa da, Donald Tramp nəticəni müxtəlif yollarla dəyişdirməyə çalışır.


Story Code: 908026

News Link :
https://www.islamtimes.org/az/news/908026/tramp-özü-də-abş-da-seçkilərə-etiraz-aksiyasında-iştirak-edəcək

Islam Times
  https://www.islamtimes.org