QR CodeQR Code

Trampın səs yazısı başına bəla oldu!

إسلام تايمز , 4 Jan 2021 16:25

İslamTimes: Donald Trampın Corciya ştatı rəsmilərinə təzyiq göstərərək onlardan seçkilərin nəticəsini ləğv etməyi istəməsi ilə bağlı səs yazısı üzə çıxıb.


ABŞ-ın yeni seçilmiş prezidentinin baş müşaviri Bob Bauer Trampla Corciya rəsmisi arasındakı səs yazısının üzə çıxmasının Trampın demokratiyaya hücumu kimi qiymətləndirib.

Bob Bauer deyib: "Prezident Trampın seçkilərin nəticələrini ləğv etmək üçün göstərdiyi təzyiqləri, hədələri şiddətlə qınayırıq. Bu ABŞ demokratiyasına qarşı yönəlmiş hərəkətlərdir. Tramp seçkinin qanuni nəticələrini ləğv edərək yerinə saxta səslərin qeydə alınmasını istəyir. Bu məsələ ilə bağlı ciddi dəlillərə sahibik!"

Qeyd edək ki, Doald Tramp bu səs yazısından sonra üzr istəmək əvəzinə, onun nüfuzdan düşməsinə səbəb olan bu səs yazısını yayanları məhkəmə ilə hədələyib.


Story Code: 908042

News Link :
https://www.islamtimes.org/az/news/908042/trampın-səs-yazısı-başına-bəla-oldu

Islam Times
  https://www.islamtimes.org