QR CodeQR Code

Baxın, növbəti həftələrdə nə baş verəcək... - Tramp

5 Jan 2021 10:09

İslamTimes: ABŞ Prezidenti Donald Tramp rəsmi məlumatlara görə məğlub olduğu səkkiz ştatda qələbə qazanmaq niyyətində olduğunu açıqlayıb.


Axar.az xəbər verir ki, o, bu barədə Corciya ştatında danışıb.

Tramp ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin onu lağa qoymasına, koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, seçkilərin nəticəsinə görə şikayətləndiyini deməsinə də münasibət bildirib.

“Demokratlar deyirlər ki, mən Corciya haqqında şikayət edirəm. Xeyr. Mən səkkiz ştatdan şikayət edirəm və onların hamısını qazanacağımı düşünürəm. Baxın, növbəti bir neçə həftədə nə olacaq, nə baş verəcək”, — Tramp deyib.


Story Code: 908166

News Link :
https://www.islamtimes.org/az/news/908166/baxın-növbəti-həftələrdə-nə-baş-verəcək-tramp

Islam Times
  https://www.islamtimes.org