QR CodeQR Code

İran Silahlı Qüvvələri ilk dəfə pilotsuz aparatların təlimini keçirir

5 Jan 2021 11:51

İslamTimes: İran Silahlı Qüvvələri ilk dəfə geniş miqyaslı pilotsuz aparatların təlimini keçirir.


APA-nın Tehran bürosunun məlumatına görə, pilotsuz aparatların hərbi təlimi iki gün davam edəcək. İranın Simnan və sərhəd bölgələrində eyni anda keçirilən hərbi təlimdə İran quru, dəniz və hava qoşunlarına məxsus yüzlərlə pilotsuz təyyarə iştirak edəcək. Təlimdə yerli istehsal olan pilotsuz aparatların sınağı nəzərdə tutulub. Həmçinin təlim zamanı iranlı mütəxəssislərin pilotsuz aparatların idarəetməsi sahəsində ixtira etdiyi proqram və texniki avadanlıqlar da nümayiş və sınaq olunacaq.

 


Story Code: 908218

News Link :
https://www.islamtimes.org/az/news/908218/iran-silahlı-qüvvələri-ilk-dəfə-pilotsuz-aparatların-təlimini-keçirir

Islam Times
  https://www.islamtimes.org