QR CodeQR Code

Məşhur milyarder yoxa çıxdı: öldürülüb, yoxsa?..

5 Jan 2021 11:41

İslamTimes: “Alibaba” şirkətinin təsisçisi və rəhbəri Cek Manın müəmmalı şəkildə yoxa çıxmasına dair xəbərlərdən sonra onun öldürülməsi və ya həbsdə olması ilə bağlı video paylaşılıb.


Kult.az xəbər verir ki, sözügedən videoda 2014-cü ildə Çindən qaçan Quo Venqui adlı şəxsin 2019-cu ildəki çıxışı zamanı Cek Manın gələcəyi ilə bağlı proqnozlar verməsi əks olunub.

O, Manın gələcəkdə ya öldürüləcəyini, ya da həbsə atılacağını iddia edib. Venqui Çindəki bütün milyarderlərin həbsxanaya düşmək və ya ölmək kimi 2 variantının olmasını buna əsas gətirib.

Qeyd edək ki, Cek Ma oktyabr ayında Çindəki bazar tənzimləyicilərini və dövlət banklarını tənqid etdikdən sonra müəmmalı şəkildə yoxa çıxıb.


Story Code: 908219

News Link :
https://www.islamtimes.org/az/news/908219/məşhur-milyarder-yoxa-çıxdı-öldürülüb-yoxsa

Islam Times
  https://www.islamtimes.org