QR CodeQR Code

Çin İranla bağlı ABŞ-a müraciət edib

5 Jan 2021 23:46

İslamTimes: ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.


Bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib. Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb.

Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək zənginləşdirib. 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırmışdı. /Eastnews/


Story Code: 908368

News Link :
https://www.islamtimes.org/az/news/908368/çin-iranla-bağlı-abş-a-müraciət-edib

Islam Times
  https://www.islamtimes.org