QR CodeQR Code

ABŞ-da koronavirusa yoluxma sayı 21 milyonu ötüb

6 Jan 2021 08:37

İslamTimes: ABŞ-da indiyədək yeni növ koronavirusa 21 036 174 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 357 067-yə çatıb.


APA xəbər verir ki, belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti təqdim edilib.

Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.

ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.

Son məlumatlara görə, ABŞ-ın üç ştatında – Kaliforniya, Kolorado və Florida – koronavirusun mutasiyaya uğramış (“Britaniya” variantı) yeni növünün daşıyıcıları da aşkar edilib. Ekspertlər bu növ virusun 70% daha çox yoluxucu ola biləcəyi qənaətindədir.

 


Story Code: 908412

News Link :
https://www.islamtimes.org/az/news/908412/abş-da-koronavirusa-yoluxma-sayı-21-milyonu-ötüb

Islam Times
  https://www.islamtimes.org