QR CodeQR Code

ABŞ quldurluğa davam edir

6 Jan 2021 09:55

İslamTimes: ABŞ rəhbərliyi terror qurbanlarına yardım fonduna köçürmək bəhanəsi ilə İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar geri çəkib


APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Vaşinqtonun qənaətinə görə, bu vəsaitlər ABŞ sanksiyalarından yayınmaqla dünyanın müxtəlif hesablarına təxminən 1 milyard dollar köçürülməsi üçün hazırlanmış maliyyə sxemində istifadə olunub. Birbaşa geri çəkilən 7 milyon dollar BƏƏ-nin dövlət investisiya fondunda saxlanılırdı.

Həmin vəsait BƏƏ rəsmilərinin razılığı əsasında ABŞ tərəfindən müsadirə edilib.

“Bugünkü razılaşma bu müsadirə işinin həllinə icazə verir və həmin 7 milyon dollar vəsaitin ABŞ-ın lehinə ələ keçirilməsi təklif olunur”, - sənəddə belə deyilir.

Bundan sonra Alyaska ştat məhkəməsinin qərarı təsdiqləməsi lazımdır. Yalnız bundan sonra vəsait adıçəkilən fonda köçürüləcək.


Story Code: 908429

News Link :
https://www.islamtimes.org/az/news/908429/abş-quldurluğa-davam-edir

Islam Times
  https://www.islamtimes.org