0
Wednesday 6 January 2021 - 10:20

ABŞ-da həyəcan təbili çalındı

Story Code : 908440
ABŞ-da həyəcan təbili çalındı
Nyu-Yorkda bir neçə aviadispetçer naməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmaq və İran generalı şəhid Qasim Süleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər.

“Report”un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib.

"Çərşənbə günü biz təyyarədə Kapitoliyə uçacağıq. Suleymaninin qisas alınacaq", - telekanal bazar ertəsi Nyu-Yorkun aviadispetçerlərinin eşitdiklərindən sitat gətirib.

Bu xəbərdarlıqların kimlər tərəfindən göndərildiyi hələ müəyyənləşdirilməyib.

Telekanalın məlumatına görə, bununla belə, hakimiyyət hücum təhlükəsinin baş verəcəyini ehtimal etmir. Onlar aviasiya tezliklərini araşdırırlar.