0
Wednesday 6 January 2021 - 13:59

New York Times: Pens Trampa Baydenin qələbəsinə mane ola bilməyəcəyini söyləyib

Story Code : 908506
New York Times: Pens Trampa Baydenin qələbəsinə mane ola bilməyəcəyini söyləyib
"New York Times" qəzeti yazıb ki, Ağ Evdə son günlərini keçirən Donald Tampın müavini Mayk Pens ona bildirib ki, Konqresin Co Baydenin prezidentliyini təsdiqləməsinə mane ola bilməyəcək. Pens bu sözləri bir halda dilə gətirib ki, bu gün Konqres Co Baydenin qələbəsini rəsmi olaraq tanımaq üçün toplanacaq və Tramp tərəfdarları buna etiraz olaraq, böyük aksiya keçirmək niyyətindədir. Trampın da iştirak edəcəyi bu aksiyaya Mayk Pensin rəhbərlik edəcəyi bildirilir.

Tramp yaxın ətafına Mayk Pensdən gileylənərək bildirib ki, Pens seçkiləri geri qaytarmaq hədəfinə çatmaq üçün ona kifayət qədər kömək etmir.