QR CodeQR Code

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib

9 Jan 2021 00:30

İslamTimes: ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.


APA xəbər verir ki, bu barədə Tramp “twitter” hesabında yazıb.

"Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, deyə Tramp vurğulayıb.

Reuters-in məlumatına görə, Ağ Ev Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Tramp qərarında israrlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.

 


Story Code: 909004

News Link :
https://www.islamtimes.org/az/news/909004/tramp-baydenin-andiçmə-mərasimində-iştirak-etməyəcəyini-bildirib

Islam Times
  https://www.islamtimes.org