0
Saturday 9 January 2021 - 00:30

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib

Story Code : 909004
Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib
APA xəbər verir ki, bu barədə Tramp “twitter” hesabında yazıb.

"Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, deyə Tramp vurğulayıb.

Reuters-in məlumatına görə, Ağ Ev Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Tramp qərarında israrlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.