0
Saturday 9 January 2021 - 01:15

Ehud Barak: “Trampdan sonra Netanyahunu da hakimiyyətdən kənarlaşdırmaq vaxtıdır”

Story Code : 909007
Ehud Barak: “Trampdan sonra Netanyahunu da hakimiyyətdən kənarlaşdırmaq vaxtıdır”
Deyerler.org xəbər verir ki, Ehud Barak bu gün (8 yanvar) Twitter səhifəsində Donald Tramp və Benyamin Netanyahunu müqayisə edərək belə yazıb: “Hər ikisi qanuna ziddir və məhkəmə sistemini lağa qoyublar. Hər ikisi də həddindən artıq eyforiyadan əziyyət çəkirlər, hər ikisi də pərəstişkarlarını təhqir edir, amerikalılar onu çox böyük əvəz ödədərək qovdular, indi növbə bizimdir”.

Son illərdə Benyamin Netanyahu dəfələrlə korrupsiyada ittiham olunub. İsrail rejiminin polisi Netanyahuya qarşı üç maliyyə dələduzluğu işi açıb və son üç ildə kabinetin keçmiş köməkçiləri və nazirləri də daxil olmaqla müxtəlif mənbələri istintaqa cəlb edilib.