1
Saturday 9 January 2021 - 15:58

Respublikaçı senator: Tramp Konqresə edilən hücuma görə sevinirdi

Story Code : 909142
Respublikaçı senator: Tramp Konqresə edilən hücuma görə sevinirdi
Huffington Post-un yazdığına görə, Trampla eyni partiyanı təmsil edən respublikaçı senator Ben Sase deyib: "Çərşənbə günü Konqresə edilən hücum televiziya ilə yayımlanan zaman Donald Tramp olduqca həyəcanlı və sevincli idi. O partiya yoldaşlarının nə üçün onun qədər həyəcanlanmaması barədə düşünərək Ağ Evin ətrafında gəzirdi."

O əlavə edib: "İğtişaşçılar Konqres polisinə hücum edib, binaya daxil olmağa çalışırdılar. Bu baş verdi və Tramp bu hadisəyə görə sevinirdi... Dünyanın ən böyük azadlıq simvolu olan Konqres, ABŞ prezidentinin təhriki ilə küçələrə çıxmış bir qrup tərəfindən hücuma məruz qaldı! Artıq Trampın işə yaramayan bir şəxs olduğu kimsədə şübhə doğurmur!"