0
Saturday 9 January 2021 - 22:08

Respublikaçılardan Trampın istefası tələbi ilə bağlı ilk müraciət!

Story Code : 909199
Respublikaçılardan Trampın istefası tələbi ilə bağlı ilk müraciət!
"Russia Today" xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Konqresinə biabırçı hücum zamanı yaşanmış hadisələrə münasibət bildirən senator Liza Morkovski deyib: “Donald Tramp dərhal ABŞ prezidentliyindən istefa verdiyini elan etməlidir. Respublikaçılar partiyası Trampı kənara qoya bilmirsə, bu partiya ilə bir gələcəyim olduğuna əmin ola bilmərəm. İstəyirəm ki, o, hakimiyyətdən getsin!"

Trampın davranışlarını xatırladan Alyaska əyalətindən olan senator deyib: "Tramp koronavirus pandemiyası ilə mübarizəyə əhəmiyyət vermədi. O ya qolf oynayırdı, ya da ofisində özündən çıxaraq kimlərəsə qəzəblənirdi. Tramp ona sadiq olan, etibarlı şəxsləri "vurmağa" başlayıb. Bu şəxslərdən birincisi Mayk Pensdir!"

CNN-in məlumatına görə, senator Morkovski Trampın istefasını tələb edən ilk Respublikaçı senator olub.