QR CodeQR Code

ABŞ-da ilk dəfə olaraq sutka ərzində COVID-19-dan 4000-dən çox ölüm faktı qeydə alınıb

10 Jan 2021 01:39

İslamTimes: Ötən sutka ərzində ABŞ-da COVID-19 virusu 4085 amerikalının həyatına son qoyub. Bu, pandemiya başlanandan ən yüksək antirekorddur.


AZƏRTAC xəbər verir ki, təxminən 275 min nəfərdə COVID-19 xəstəliyinə yeni yoluxma da qeydə alınıb.

Son məlumata görə, 2020-ci ilin mart ayından ABŞ-da bu xəstəlik nəticəsində ölənlərin sayı 365.448 nəfərədək artıb, koronavirusdan ölüm hallarının həftə üzrə orta göstəricisi isə təqribən gündə 2800 nəfərədək çoxalıb. İndiyədək olan vəziyyətə görə, 2021-ci ildə 20 min nəfərədək insan xəstəliyin qurbanına çevrilib.

Cümə axşamı yeni yoluxan pasiyentlərin sayının 274.700 nəfərə bərabər olması bütün pandemiya dövründə gündəlik yoluxmaların sayında ikinci böyük göstəricidir. Ötən cümə günü qeydə alınan 297.000 yoluxma halı ilk rekord idi.

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda Amerika Birləşmiş Ştatlarında COVID-19-a 21,6 milyon yoluxma halı qeydə alınıb. ABŞ-da yeddi gün ərzində orta hesabla hər gün təxminən 228.500 yeni yoluxma qeydə alınır ki, bu da əvvəlki həftə ilə müqayisədə 22 faiz çoxdur.


Story Code: 909219

News Link :
https://www.islamtimes.org/az/news/909219/abş-da-ilk-dəfə-olaraq-sutka-ərzində-covid-19-dan-4000-dən-çox-ölüm-faktı-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org