0
Sunday 10 January 2021 - 09:56

Amerikada həkimə bu peyvənd vurulandan sonra ÖLDÜ

Story Code : 909238
Amerikada həkimə bu peyvənd vurulandan sonra ÖLDÜ
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı həkim "Pfizer" peyvəndini vurduqdan 3 həftə sonra beyin infarktından həyatını itirib. Onun peyvənd olunana qədər heç bir xəstəliyi olmayıb.

Məlumata görə, həkim Qreqori Mişel Miamidə yerləşən "Mount Sinai" sağlamlıq mərkəzində işləyirdi. Florida ştatının səhiyyə orqanları 56 yaşlı həkimin ölüm səbəbini araşdırır.