QR CodeQR Code

İran xarici peyvəndlərin ölkə vətəndaşları üzərində test edilməsini qadağan etdi

10 Jan 2021 11:04

İslamTimes: Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

 “Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, - “Reuters” Ruhanidən sitat gətirib.

Agentlik prezidentin peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də əlavə edib.

Xatırladaq ki, daha əvvəl İranın Ali dini rəhbəri Ayətullahul-üzma Seyid Əli Xamenei cənabları ABŞ və  Britaniya vaksinlərinin ölkəyə idxalına qadağa qoyulduğunu elan edib.


Story Code: 909250

News Link :
https://www.islamtimes.org/az/news/909250/iran-xarici-peyvəndlərin-ölkə-vətəndaşları-üzərində-test-edilməsini-qadağan-etdi

Islam Times
  https://www.islamtimes.org